"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Əməkdar artist Cabir İmanov vəfat edib


Azərbaycan səhnəsinin tanınmış simalarından biri, “Ağanatiq” obrazı ilə yaddaşlarda qalan Əməkdar artist Cabir İmanov bu gün qəfil vəfat edib.

Məlumata görə, aktyor paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, 49 yaşlı sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cabir İmanov 1992–2001-ci illərdə məşhur “Parni iz Baku” KVN komandasının üzvü olub. O, 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilib.

Cabir İmanov ailəli idi, dörd övladı var.

Allah rəhmət eləsin!

29 Sentyabr 2025, 20:08 - 97

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar