Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Şəhid əsgər Cənnət Şəmil oğlu Hüseynovun doğum günü münasibətilə xatirəsi yad olunub.
“Naxçıvan Şəhid Ailələri” ictimai birliyindən saytımıza verilən məlumata görə, 30 sentyabr 2025-ci ildə şəhidin məzarı ziyarət edilib. Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Çalxanqala kənd İcra Nümayəndəliyinin əməkdaşları, kənd tam orta məktəbinin rəhbərliyi, eləcə də dini icma üzvləri iştirak ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Cənnət Hüseynov 30 sentyabr 1971-ci ildə anadan olub. Qaçqın düşdüklərinə görə orta təhsilini 1988-ci ildən Çalxanqala kənd orta məktəbində davam etdirib. O, 23 mart 1997-ci ildə Ordubad rayonu ərazisində yerləşən Soyuq postunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim əziz tutulur və onların göstərdikləri igidlik heç vaxt unudulmur.
30 Sentyabr 2025, 22:03 - 92
Paylaş: