"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Harvard ekspertləri Maliyyə Nazirliyində


Sentyabrın 26-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin ekspertləri ilə görüş keçirilib.

Görüş zamanı dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar müzakirə olunub. Xüsusilə fiskal çərçivənin təkmilləşdirilməsi, büdcə qaydasının tətbiqi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində qabaqcıl yanaşmalar diqqət mərkəzində olub.

Müzakirələrdə Azərbaycanın müasir fiskal çərçivəsinin möhkəmləndirilməsi, büdcə qaydaları üzrə potensial islahatlar, qeyri-neft sektorunun inkişafı və institusional koordinasiyanın gücləndirilməsi məsələləri də əhatə olunub. “Growth Lab” ekspertləri həmçinin fiskal və transfert qaydaları üzrə simulyasiya modelləri barədə məlumat veriblər.

Qeyd edək ki, ekspertlərin ölkəmizə səfəri Nazirlər Kabinetinin “Harvard Universiteti ilə tədqiqat və təhsil-təlim layihəsinin icrası sahəsində təşkilati-inzibati məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrası çərçivəsində həyata keçirilir.

26 Sentyabr 2025, 21:40 - 89

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar