"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Estafet”də sədr dəyişikliyi


“Estafet” Gənclərin İctimai Birliyində rəhbərlik dəyişib. Bu barədə təşkilatın rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Ümumi Yığıncaqda Əziz İbrahimli birliyin yeni sədri seçilib. Gənclər siyasəti və ictimai fəaliyyət sahəsində fəallığı ilə tanınan Əziz İbrahimli indiyədək birliyin müxtəlif layihələrində aktiv iştirak edib.

Qeyd edək ki, bundan əvvəl “Estafet” Gənclərin İctimai Birliyinə Arzu Qasımov rəhbərlik edib. Onun sədrlik dövründə bir sıra gənclər layihələri, maarifləndirici tədbirlər və sosial aksiyalar həyata keçirilib. Arzu Qasımovun fəaliyyəti təşkilatın strukturunun möhkəmlənməsinə və gənclərin müxtəlif təşəbbüslərdə iştirakı üçün geniş imkanların yaradılmasına mühüm töhfə verib.

Hazırda Arzu Qasımov Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru vəzifəsində çalışır.

22 Sentyabr 2025, 18:01 - 102

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar