Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmovaya 50 illik yubileyi münasibətilə təbrik ünvanlayıb.
Hörmətli Gülşad xanım,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Övladınızı Vətən uğrunda şəhid verməyiniz Sizin üçün böyük bir itki olsa da, xalqımız üçün əbədi qürur mənbəyidir. Siz həm bir şəhid anası, həm də Naxçıvan Ali Məclisinin deputatı kimi göstərdiyiniz fədakarlıq, mərdlik və dövlətə sədaqət nümunənizlə cəmiyyətimizdə xüsusi hörmət qazanmısınız.
Əminəm ki, Sizin həyat yolunuz və fəaliyyətiniz gənc nəsil üçün hər zaman örnək olaraq qalacaq. Uca Tanrı Sizi daim qorusun.

24 Sentyabr 2025, 20:58 - 123
Paylaş: