"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Bakı Türk Anadolu liseyinin yeni tədris binası istifadəyə verildi


Sentyabrın 22-də Elm və Təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının Milli Təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və milli folklor proqramı təqdim olunub.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Türkiyə Milli Təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirib, Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən proqramların gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb.

Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib və Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb.

Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi keçirilib və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

22 Sentyabr 2025, 20:16 - 121

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar