"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Azərbaycan QHT-ləri şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirib


2025-ci il sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
27 sentyabr – Anım günü ilə bağlı keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub. Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib.

25 Sentyabr 2025, 20:27 - 90

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar