Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Milli QHT Forumu Anım Gününə həsr olunmuş toplantı keçirib
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27 Sentyabr – Anım Gününə həsr olunmuş toplantı təşkil edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbirdə Forumun İdarə Heyəti, QHT rəhbərləri, şəhid ailələrinin nümayəndələri və müharibə veteranları iştirak ediblər.
Toplantıda Vətən müharibəsinin səbəbləri, tarixi Qələbə ilə nəticələnməsi və regionda formalaşan yeni reallıqlar müzakirə olunub.
Sonda qəbul edilən bəyanatda vurğulanıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan “Dəmir yumruq” əməliyyatı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib. Qeyd olunub ki, bu Qələbə həm də milli ləyaqət nümunəsi olub və regionda güc balansını ölkəmizin xeyrinə dəyişib.
Bəyanatda 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycanın dövlət suverenliyinin tam bərpa edildiyi, azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.
Forum şəhidlərin ailələrinə hər zaman xüsusi qayğı göstəriləcəyini vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
26 Sentyabr 2025, 20:21 - 86
Paylaş: