"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəfərdən doğan sabah


8 Noyabr — xalqımızın birliyinin, ordumuzun igidliyinin və dövlətimizin qüdrətinin zirvəsi olan Zəfər Günüdür. Bu münasibətlə Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində  “Zəfərdən doğan sabah” adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, həmçinin Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Rəsmi çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin xalqımız üçün daim qürur mənbəyi olduğu vurğulandı. Bədii hissədə şagirdlər mahnılar, şeirlər və səhnəciklərlə Vətən sevgisini, şəhidlərə ehtiramlarını ifadə etdilər.

Tədbirin sonunda ağac əkmə aksiyası təşkil olundu. Məqsəd Zəfəri yalnız xatırlamaq deyil, onu yaşatmaq, gələcəyə ümid və həyat toxumu kimi ötürmək idi. Bu gün əkilən hər ağac — Zəfərdən doğan sabahın rəmzi oldu.

Zəfərin mübarək Vətən!

 

 

 

 

 

 

 

 

 

 


 

5 Noyabr 2025, 23:09 - 30

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar