Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Qarabağ” Futbol Klubunun yarımmüdafiəçisi Marko Yankoviç zədəsini bərpa etdikdən sonra yenidən komanda ilə məşqlərə qatılıb. Monteneqrolu futbolçu artıq ümumi hazırlıq prosesində iştirak edir.
Bununla belə, onun “Atletik” (Bilbao) ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı hələlik dəqiqləşməyib.
Xatırladaq ki, Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirilən oyunda zədələnmişdi.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” qarşılaşması oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames” stadionunda baş tutacaq.
Paylaş: