"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Xocalının Təzəbinə kəndinə növbəti köç oldu


Oktyabrın 14-də Xocalı rayonunun daha bir kəndində sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Bu dəfə növbəti köç prosesi Təzəbinə kəndində baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kəndə 28 ailə olmaqla 123 nəfər köçürülüb. Sakinlərə bərpa edilən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Tədbirdə  çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların burda rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu  deyib. Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 56 ailə köçürülüb. Beləliklə, bugünkü köç də daxil olmaqla  kənddə ümumilikdə 84 ailə məskunlaşıb.

14 Oktyabr 2025, 23:22 - 136

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar