Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
                    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşlərinin qalıqları 33 il sonra tapılan şəhidlər — Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlu Suraxanı rayonu Dədə Qorqud Şəhidlər xiyabanında dəfn olunublar.
Dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP rayon təşkilatlarının sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Adil Əliyev çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədən, Birinci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının tamamlanmasından danışıb. O, bu Zəfərin həm ərazi bütövlüyümüzü bərpa etdiyini, həm də xalqın illərlə yaşadığı ağrının qisasını aldığını qeyd edib.
Şəhidlər yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin sədaları altında torpağa tapşırılıblar. Ruhlarına dualar oxunub, məzarları üzərinə əklillər və gül dəstələri qoyulub. Tabutlara sarılmış Dövlət Bayraqları şəhidlərin ailələrinə təqdim olunub. Dəfn mərasimindən sonra ehsan süfrəsi açılıb.
29 Oktyabr 2025, 21:03 - 54
Paylaş: