Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 8 tələbəsi İsmayıllı Regional Turizm İdarəsinin könüllüləri kimi turizm sahəsində fəallıq nümayiş etdiriblər. 18 sentyabr – 10 oktyabr 2025-ci il tarixlərində Qəbələdə keçirilən III MDB İdman Oyunları və Türk Dövlətləri Təşkilatının “Zirvə” Görüşü çərçivəsində tələbələr bölgəyə gələn yerli və xarici turistlərə bələdçilik və informasiya dəstəyi göstəriblər.
Könüllülər Turizm İnformasiya Məntəqəsində növbəli şəkildə fəaliyyət göstərərək turistlərin fərdi sorğularını cavablandırıb və bölgə haqqında məlumatlandırıcı xidmətlər təqdim ediblər.
Fəal iştiraklarına görə tələbələr İsmayıllı Regional Turizm İdarəsinin adından “Təşəkkürnamə” ilə təltif olunublar. Sənədləri idarənin rəisi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev təqdim edib.
Könüllülük proqramına marağın artması, gənclər arasında turizm və ictimai fəaliyyət sahəsinə olan diqqətin yüksəldiyini göstərib.


22 Oktyabr 2025, 19:02 - 205
Paylaş: