"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tanınmış dilçi Əbülfəz Muxtaroğlu vəfat edib


Tanınmış dilçi alim, Naxçıvan Dövlət Universitetinin “Azərbaycan Dilçiliyi” kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbülfəz Muxtaroğlu vəfat edib.

Quliyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb. 1963-cü ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına daxil olub və 1967-ci ildə təhsilini başa vurub.

1971-ci ilə qədər Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbində müəllim işləyən Əbülfəz Muxtaroğlu 1972-ci ildə müsabiqə yolu ilə həmin institutun Naxçıvan filialına müəllim təyin edilib. O, Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində dissertant olub və “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əbülfəz Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin “Azərbaycan Dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və ədəbiyyat” kafedralarında dosent kimi fəaliyyət göstərib, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Allah rəhmət eləsin.

30 Oktyabr 2025, 14:51 - 361

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar