Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib. Bu barədə saytımıza qurumun mətbuat xidmətindən məlumat verilib.
Repatriasiya onunanların 4-ü uşaq, 2-si isə qadındır.
Hazırda repatriasiya olunmuş şəxslərlə Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial və psixoloji dəstək göstərilir.
Növbəti mərhələdə həmin şəxslərin sosial-psixoloji vəziyyəti Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən daha ətraflı qiymətləndiriləcək.
23 Oktyabr 2025, 18:55 - 59
Paylaş: