"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid Röyal Ələkbərovun atası vəfat edib


Şəhid baş leytenant Röyal Ələkbərovun atası – Fərmayıl Ələkbərov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, şəhid Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. O, 2000–2008-ci illərdə Qıvraq kənd tam orta məktəbində təhsil alıb, 2008-ci ildə isə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə liseyi bitirərək Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub və 2015-ci ildə leytenant rütbəsi ilə məzun olub.

Röyal Ələkbərov hərbi xidmətinə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi başlayıb və 2018-ci ilə qədər Murovdağ yüksəkliyində xidmət edib. 2018-ci ildə baş leytenant rütbəsi alan Ələkbərov 2018–2020-ci illərdə Gəncədə yerləşən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətini davam etdirib.

O, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində igidliklə döyüşərək torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda iştirak edib. Röyal Ələkbərov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidimizin göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi olaraq Fərmayıl Ələkbərovun vəfatı ilə bağlı dərin hüzn hissi keçirir, yaxınlarına başsağlığı veririk! 

Allah rəhmət eləsin!

7 Dekabr 2025, 22:11 - 87

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar