"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid Rauf İbadovun xatirəsi ehtiramla anıldı


Torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi Rauf İbadovun əziz xatirəsi yad edilib.

Anım mərasimi şəhidin məzarı önündə keçirilib. Tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Sumqayıt Regional Qaz İstismarı İdarəsinin rəisi Sübhi Bayramov, digər rəhbər şəxslər, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

Şəhidin atası Məhərrəm İbadov oğlunun Vətən uğrunda keçdiyi şərəfli döyüş yolundan danışıb. O, Rauf İbadovun Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını bildirib.

Qeyd edək ki, Məhərrəm İbadov uzun illərdir SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində fəaliyyət göstərir.

30 Oktyabr 2025, 10:53 - 65

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar