Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq şəhid övladları üçün ekskursiya təşkil olunub.
Ekskursiya zamanı uşaqlar Poylu qəsəbəsi və Qıraq Kəsəmən kəndində yerləşən Poylu körpüsü, İsrafil ağanın evi, XVII əsrə aid qala və məscidlərlə tanış olublar. Daha sonra Kür çayı sahilində onlar üçün musiqili-əyləncəli proqram keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Ağstafa rayon Komitəsinin və “Ağstafa Gənclər Evi”nin nümayəndələri iştirak ediblər.
Ekskursiya zamanı Lalə Eyyubova, Əziz Məsmalıyev, Turan Hüseynov və Gülgin Kərimov uşaqlara abidələr barədə ətraflı məlumat veriblər.
17 Oktyabr 2025, 10:05 - 89
Paylaş: