Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
44 günlük Vətən müharibəsində şəhid olmuş MAHHXHQ əsgər Babaxan Babayevin atası Əlövsət Babayev vəfat edib.
Allah rəhmət eləsin.
Babaxan Babayev 10 fevral 1996-cı ildə Şərur rayonunun Yaycı kəndində anadan olub. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid əsgər ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi Xidmətlərə görə” və 3-cü dərəcəli “Vətənə Xidmətə görə” medalları ilə təltif edilib.
Subay olan Babaxan Babayevin xatirəsi daim ehtiramla yad olunur.
Bütün şəhidlərimizin ruhu şad olsun.
5 Oktyabr 2025, 21:43 - 83
Paylaş: