"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samirə Hüseynova: Qızlarımız gələcəyin işığıdır


11 oktyabr – Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Qızlar Günü kimi qeyd olunur. Amma bu tarix sadəcə təqvimdə bir gün deyil. Bu gün – gələcəyin anası, müəllimi, vətəndaşı olacaq hər bir qızın dəyərini xatırladan, onların səsini, ümidini və gücünü dünyaya çatdıran gündür.

Qız uşağı böyütmək – gələcəyi formalaşdırmaq, cəmiyyətin mənəvi dayaqlarını möhkəmləndirmək deməkdir. Hər bir qız övladında bir həyat, bir ümid, bir millətin sabahı yatır. Bizlər  bu gələcəyi qorumaq, gücləndirmək və işıqlandırmaq üçün var gücümüzlə çalışmalıyıq.Qızlarımız bizim üçün sadəcə evin sevinci deyil, həm də sabahın ümididir. Onlar böyüyür, dəyişir, öyrənir, öyrədir və hər addımları ilə cəmiyyətin inkişafına töhfə verirlər. Qız uşağının oxuması, təhsil alması, öz istedadını tapması  təkcə ailənin deyil, həm də xalqın qazancıdır.

Bu gün Azərbaycan qızları hər sahədə uğur qazanır. – elm, mədəniyyət, idman, texnologiya, dövlət idarəçiliyi... Onların müvəffəqiyyəti cəmiyyətimizi  qürurlandırır. Hər bir nailiyyətin arxasında ailə sevgisi, dövlət dəstəyi və möhkəm iradə dayanır. Xüsusilə son illərdə ölkəmizdə qadın və qızların sosial fəallığının artırılmasına, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə göstərilən diqqət və qayğı dövlətin gender bərabərliyinə, eləcə də cəmiyyətin hərtərəfli inkişafına verdiyi önəmin bariz göstəricisidir.Amma unutmamalıyıq ki, hələ də bəzi ailələrdə “qız uşağı oxumasa da olar” kimi düşüncələr qalır. Halbuki, bir qızın təhsildən məhrum qalması – bir xalqın gələcəyinin zəifləməsi deməkdir. Qızlarımızın qarşısında maneələr deyil, inam və dəyərlər yaratmaq lazımdır.

Qızlar bizim qürurumuz, gücümüz və gələcəyimizdir. Mən bir təhsil işçisi olaraq Qızlar Günündə bütün qız uşaqlarını ürəkdən təbrik edirəm.Arzu edirəm ki,hər  bir qızın həyatı təhsillə, azadlıqla, inamla və xoşbəxtliklə dolsun.

Samirə Adəm qızı Hüseynova 

Paylaş: