"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Qəhrəmanın izi ilə


Oktyabrın 29-da Sabirabad rayonunun Qarağac kənd qəbiristanlığında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Hümbətov Şahin Əlicuvan oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

 

Tədbirdə Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup müəllimi də iştirak edib. Onlar şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar, ailəsinə səbir, bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyiblər.

 

Şəhid Şahin Hümbətovun övladları hazırda həmin məktəbdə təhsil alırlar. Onlar atasının qəhrəmanlıq yolunu qürurla davam etdirir, məktəb ictimaiyyəti tərəfindən daim fədakarlıq və vətənpərvərlik nümunəsi kimi xatırlanırlar.

 

29 Oktyabr 2025, 20:09 - 91

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar