Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib. Bu barədə saytımıza Ombudsman aparatından məlumat verilib.
BMT-nin müvafiq konvensiyaları və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunan monitorinqin məqsədi saxlanılan şəxslərlə, xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftarın və şəraitin öyrənilməsi, hüquqlarının təmin olunması vəziyyətinin qiymətləndirilməsi olub.
Başçəkmə zamanı əlilliyi olan qadınlar və səhhətində problem yaşayan şəxslərlə konfidensial görüşlər keçirilib, kameralarda və tibb-sanitar hissəsində şərait yoxlanılıb. Qidalanma, gəzinti, sovqat qəbulu, görüş və telefon danışığı kimi hüquqların icrası araşdırılıb, müraciətlər qəbul edilib.
Monitorinq nəticəsində müəyyən edilmiş məsələlərlə bağlı müəssisə rəhbərliyinə müyəssərliyin artırılması və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.
17 Oktyabr 2025, 9:34 - 111
Paylaş: