"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvanda yeni Hemodializ Mərkəzi açıldı


Naxçıvan Muxtar Respublikasında “2023–2027-ci illər üçün sosial-iqtisadi inkişaf Dövlət Proqramı” çərçivəsində səhiyyə infrastrukturunun daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Muxtar respublikada xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara müasir standartlara uyğun tibbi xidmət göstərilməsi məqsədilə yeni Hemodializ Mərkəzi istifadəyə verilib.

Oktyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni mərkəzdə yaradılan şəraitlə tanış olub.

Binanın foyesində Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşə yaradılıb.

Səhiyyə naziri Samiq Sadıxov bildirib ki, əvvəlki illərdə hemodializ xidməti müxtəlif müəssisələrdə fəaliyyət göstərdiyindən xidmətin keyfiyyəti və əlçatanlığı arzuolunan səviyyədə deyildi. Yeni mərkəzin istifadəyə verilməsi ilə dializ müalicələrinin vahid sistemdən idarə olunması, pasiyentlərə xidmətin operativ və keyfiyyətli təşkili mümkün olacaq. Gələcəkdə muxtar respublikanın digər bölgələrində də mərkəzə tabe olan hemodializ bölmələrinin yaradılması planlaşdırılır.

Yeni binada uşaq dializ otağı, 31 çarpayılıq müalicə zalı, intensiv terapiya və reanimasiya şöbələri, laboratoriya, həkim və dərman otaqları fəaliyyət göstərir. Mərkəz 53 ədəd müasir hemodializ aparatı, 68 monitorlu, Wi-Fi və qulaqlıq girişli kreslolar ilə təchiz olunub. Bundan əlavə, Şərur, Kəngərli, Culfa və Ordubad rayonlarına da yeni hemodializ avadanlıqları təqdim edilib.

Hazırda muxtar respublikada 356 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkir

16 Oktyabr 2025, 22:18 - 109

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar