"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvan Müəllimlər İnstitutunda Zəfər Gününün beşinci ildönümü təntənə ilə qeyd olunub


06 noyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş “Zəfərin sədası – qalib Azərbaycanın qürur günü” adlı konfrans keçirilib. Konfransda institutun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, şəhid ailələri və qazilər iştirak ediblər. 
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilıb.
Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının ən şanlı tarix səhifələrindən biri olduğunu vurğulayıb. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbənin əbədi qürur mənbəyi olduğunu bildirib. Qeyd edib ki: “Bu gün biz müzəffər ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanımızın qətiyyəti sayəsində bərpa olunmuş ədalətin, azadlığın qələbəsini qeyd edirik. Qazandığımız bu Zəfər hər bir azərbaycanlının qəlbində qürur hissi, gələcək nəsillər üçün isə örnəkdir.”
Sonra şəhid anası Mehbarə Rzayeva çıxış edib, “Mənim oğlum və onun kimi yüzlərlə qəhrəman gənc bu torpaqların azadlığı üçün canını fəda etdi. Onların qanı ilə yazılan bu Zəfər bizim milli qürurumuzdur. Şəhid anaları olaraq fəxr edirik ki, övladlarımız qalib Azərbaycan uğrunda döyüşüb və qalib gəliblər.” deyərək şəhidlərin xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb.
II Qarabağ Müharibəsi qazisi, ehtiyatda olan kapitan Rza Əlirzayev çıxışında Zəfər Gününün hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu bildirib. O, Vətən müharibəsində iştirak etdiyi günləri xatırlayaraq qeyd edib ki, hər bir döyüşçü qələbəyə ürəkdən inanırdı və bu inam onları irəli aparırdı.
Rza Əlirzayev vurğulayıb ki, o günlərdə səngərdə olan hər bir əsgər yalnız torpağını deyil, xalqının şərəfini, gələcək nəsillərin azadlığını qoruyurdu. Qazi bildirib ki, bu Zəfər təkcə ordumuzun gücünün deyil, xalqımızın birliyinin, milli ruhunun təntənəsidir. O, şəhid yoldaşlarının xatirəsini ehtiramla yad edərək, onların qəhrəmanlığının unudulmayacağını, qazilər və gənclərin bu müqəddəs ənənəni daim yaşadacaqlarını diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri tərəfindən zəngin proqram təqdim olunub. “Şanlı Zəfərimizə həsr olunmuş səhnə kompozisiyası”, “Azərbaycan suitası”, “Həsəni”, “Naxçıvani” və “Ləzgihəngi” rəqsləri, həmçinin “Sən indi azadsan, azadsan, Vətən”, “Biz qalib ölkənin vətəndaşıyıq” adlı bədii qiraətlər, “Qarabağ” və “Xudayar təsnifi” ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

 

 

 

 

 

 

 


 

7 Noyabr 2025, 19:46 - 44

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar