Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi doğum gününüz münasibətilə “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi adından səmimi-qəlbdən təbrik edirik. Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi dünyada tanınır. Tarixi Zəfərlə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın milli qürurunu daha da yüksəltmişdir. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların qətiyyətlə qorunması istiqamətindəki misilsiz xidmətləriniz daim yüksək dəyərləndirilir. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə yeni böyük uğurlar arzulayırıq.
Azərbaycan Sizin liderliyinizlə inamla irəliləyir!
24 Dekabr 2025, 0:11 - 2238
Paylaş: