Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bu gün Abşeron rayonu İlqar Yusifov adına Görədil kənd tam orta məktəbində vətənpərvərlik ruhunda təsirli bir tədbir keçirilib. Məktəbin direktoru Rəmziyyə Heydərovanın təşəbbüsü və müəllim Xumar Həsənovanın təşkilatçılığı ilə VI A sinfinin şagirdləri Vətənimizin igid oğlu, şəhid baş leytenant Hüseyn Nəcəfzadənin ailəsini ziyarət ediblər.
Şəhidimizin mövlud gününə təsadüf edən ziyarət zamanı onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə şagirdlər tərəfindən ağac əkilib. Tədbir çərçivəsində 6-cı sinif şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər, onların qəhrəmanlığından, Vətən sevgisindən söz açıblar.
Qeyd edək ki, şəhid Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. O, hərbi xidmət dövründə Kəlbəcər, Tərtər və Suqovuşanın azad edilməsi uğrunda aparılan döyüşlərdə fərqlənərək müxtəlif medallarla təltif olunub. Baş leytenant Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhidlik zirvəsinə ucalıb.
Bu cür tədbirlər məktəblilərdə vətənə sevgi, şəhidlərə ehtiram hissinin daha da güclənməsinə xidmət edir.