Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Mingəçevir Dövlət Universiteti (MDU) 2–3 oktyabrda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın təşkilatçıları sırasında yer alıb.
İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu, Türkiyənin bir sıra ali təhsil müəssisələri və UNEC ilə birgə keçirilən tədbirdə Azərbaycan və digər ölkələrdən alimlər iştirak ediblər.
Konfransda çıxış edən MDU-nun rektoru Anar Eminov təkrar emal iqtisadiyyatı və davamlı inkişaf siyasətinin qlobal çağırışlar fonunda əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində 150-dən çox tədqiqatçı tərəfindən 84 məqalə və tezis təqdim olunub, onlardan 26-sı MDU əməkdaşlarına məxsus olub.
2 Oktyabr 2025, 12:10 - 61
Paylaş: