"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Leykemiya ilə mübarizə aparan uşaqlara dəstək məqsədilə elmi seminar keçirilib


1 noyabr 2025-ci il tarixində ZURAYA Global Medical Marketing & Strategy şirkətinin təşkilatçılığı və Qan Donorları Assosiasiyasının sosial tərəfdaşlığı ilə “Güclü Ümid, Sağlam Gələcək” adlı elmi seminar keçirilib. Tədbirin məqsədi leykemiya (qan xərçəngi) ilə mübarizə aparan uşaqlara mənəvi dəstək göstərmək və cəmiyyətin bu xəstəlik barədə məlumatlılığını artırmaq olub.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri Tibbi İnkişaf və Təcrübə Mübadiləsi İnstitutunun sədri, ZURAYA GMMS şirkətinin rəhbəri Zülfiyyə Şahinqızı açaraq qeyd edib ki, “Ümid insanın içindəki ən güclü qüvvədir və hər bir uşağın ümidini qorumaq sağlam gələcəyin təminatıdır.”

Tədbir çərçivəsində leykemiyadan sağalmış tələbə Şəbnəmin həyat hekayəsinə həsr olunmuş bədii-sosial videoçarx nümayiş etdirilib.

Seminarda dövlət qurumlarının, səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və xeyriyyə icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə dəstək göstərən Sirab suları, Modern Hospital, Azərçay, Novella Kitab Evi və Mərcan Medicare Clinic xüsusi təşəkkürlə qeyd olunub.

Fəxri qonaqlar sırasında Azərbaycan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Modern Hospitalın direktoru PhD Op. Dr. Taryel Ömərov, DTX Hospitalı Qan Bankının direktoru İlhamə Zeynalova, AHTİ lektoru Dr. Xəyalə Şərifova, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov, “Vineyard Azərbaycan” Xristian Dini İcmasının pastoru Kamran Ağayev və tanınmış həkimlər yer alıblar.

Seminarda leykemiya ilə mübarizədə göstərdikləri dəstəyə görə bir sıra şəxslər və təşkilatlar “Həyat Damlası” döş nişanı və “Uşaq Səfiri” mükafatı ilə təltif olunublar. Onların arasında rəssam Mehriban Alışova, Dr. Aygün Aslanova, Dr. Ülviyyə Ağamirova, Əjdər Məmmədov, Günel Xəlilova, Leyla Həsənova, Orxan Abdullayev, Ceyran Soltanova, Gülnar Bayramova, Nərmin Məmmədova və digərləri olub.

Elmi seminar iki panel müzakirədən ibarət olub. Birinci paneldə qan xəstəlikləri və donorluğun sosial əhəmiyyəti, ikinci paneldə isə “Reproduktiv sağlamlıq və onkohematologiyada gələcəyə baxış”, “Ailədə psixoloji tarazlığın qorunması” və “Tibbi turizmin strateji əhəmiyyəti” mövzularında çıxışlar təqdim edilib. Panel müzakirələri arasında “İnci Rəqs Qrupu”nun çıxışı da yer alıb.

Sonda leykemiya ilə mübarizə aparan uşaqlara hədiyyələr təqdim olunub. Təşkilatçı Zülfiyyə Şahinqızı “Həyat Damlası” döş nişanı ilə təltif edilib, “Uşaq səfiri” Rabiya xanımın çıxışı isə tədbirin duyğulu anlarından biri olub.

“Güclü Ümid, Sağlam Gələcək” təşəbbüsü leykemiya ilə mübarizədə həm elmi, həm də insani baxımdan maarifləndirici platforma kimi dəyərləndirilib və bu istiqamətdə yeni layihələrin başlanğıcı sayılıb.

 

2 Noyabr 2025, 21:11 - 232

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar