"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Laçında könüllü qanvermə aksiyası keçirilib


İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçın şəhərində könüllü qanvermə aksiyası təşkil olunub.

Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qan təminatına dəstək məqsədi daşıyan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadası donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan nümunələri götürüb.

6 Noyabr 2025, 19:00 - 36

Paylaş: