Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və ədəbi dilin qorunması ilə bağlı səsləndirdiyi fikirlər dövlət rəhbərliyinin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını göstərir.
Bu barədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda bildirib.
Kamran Həsənov qeyd edib ki, son illərdə ədəbi dilin qorunması istiqamətində mühüm addımlar atılıb, qanunvericilik bazası təkmilləşdirilib:
“2002-ci ildə ‘Dövlət dili haqqında’ Qanun qəbul olunub və bununla dilin saflığının qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviqlə bağlı müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət yetirilir.”
PA rəsmisi bildirib ki, Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliği dövlət səviyyəsində dəstəklənir, lakin qloballaşma və texnoloji inkişaf bu sahədə yeni çağırışlar yaradıb:
“Qloballaşma dilin özünəməxsusluğunun qorunmasına təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilin saflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeni terminlər dilimizin saflığına zərər də vura bilər, onu zənginləşdirə də bilər.”
Kamran Həsənovun sözlərinə görə, mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur və gənclərin dil mühitinə mənfi təsir göstərir:
“Yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.”
7 Noyabr 2025, 13:21 - 34
Paylaş: