Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
İranda qadınların hicab geyinməsi ilə bağlı məcburi qanunun icrası artıq hüquqi baxımdan mümkün deyil. Bu barədə İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər açıqlama verib.
Onun sözlərinə görə, mövcud qanun artıq qüvvəsini itirib və bu məsələ ilə bağlı heç bir inzibati və ya hüquqi tədbir tətbiq olunmayacaq:
“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin,” – deyə Bahonər bildirib.
Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da hicab qanununa münasibət bildirərək vurğulamışdı ki, “zorla heç bir nəticə əldə edilə bilməz”.
4 Oktyabr 2025, 20:53 - 102
Paylaş: