Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Füzuli istiqamətində döyüşlər gedirdi. Hər qarış torpaq, hər addımda ölüm və həyat bir-birinə qarışmışdı. Məhz o gün, Vətənin azadlığı naminə canını fəda edənlər arasında Ülvi Hacıyev də vardı.
Ülvi - adının mənası kimi ülvi, yəni uca idi. O, təkcə bir igid, bir döyüşçü deyildi. O, torpağı sevməyin, Vətən üçün yaşamağın və Vətən üçün ölməyin nə demək olduğunu əməlləri ilə göstərdi.
Füzuli azad olunanda, o torpağın altında bir xalqın qüruru, minlərlə şəhidin qanı və Ülvi kimi oğulların igidliyi yatırdı. O günlərdə o, ölümə yox, əbədiyyətə addımladı. Çünki şəhidlər ölmürlər -Vətən olurlar!
Vətən olanlar isə şanlı tariximizdə əbədi yaşayacaqlar!
Ülvi Hacıyev həm də Azərbaycan Gömrük orqanlarının əməkdaşı idi. O, xidmətdə olduğu müddətdə vətənə sədaqəti, peşəsinə məsuliyyəti, insanlara qarşı sadəliyi və təvazökarlığı ilə hər kəsin yaddaşında qaldı.
Amma o, bu sədaqəti yalnız xidmətdə deyil döyüş meydanında da sübut etdi. Gömrük ailəsinin tək şəhid əməkdaşı kimi, Ülvi bu qurumun adını şəhidlik zirvəsinə yüksəltdi.
Bu gün Gömrük orqanlarının hər bir əməkdaşı Ülvinin adını qürurla çəkir, onun ruhuna ehtiramla baş əyir. Çünki o, həm sərhədi qoruyan zabit, həm də Vətənin sərhədini qanı ilə möhürləyən qəhrəman idi.
İqbal Səfərov, Dövlət Gömrük Komitəsinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı


20 Oktyabr 2025, 21:00 - 277
Paylaş: