"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Heydər Əliyevin vəfatından 22 il ötür


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 22 il keçir.

Ümummilli Liderin xatirəsi ölkə daxilində və xarici ölkələrdə böyük ehtiramla yad olunur.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışıb, 1964-cü ildən Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində fəaliyyət göstərib və general-mayor rütbəsinə qədər yüksəlib. Həmçinin 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu ilin iyulunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə yüksələrək Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

1987-ci ildə Sovet rəhbərliyinin yürütdüyü siyasətə etiraz olaraq vəzifədən istefa verən Heydər Əliyev, 1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra Moskvada bəyanatla çıxış edərək qanlı hadisənin təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edib.

1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, daha sonra Naxçıvanda yaşayıb və həmin il Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1992-ci ildə keçirilən təsis qurultayında Yeni Azərbaycan Partiyasının sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezident səlahiyyətlərini icra etməyə başlayan Heydər Əliyev 1993 və 1998-ci illərdə keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq dövlət başçısı seçilib.

2003-cü ildə səhhətində yaranan problemlərə görə prezident seçkilərində iştirakdan imtina edən Heydər Əliyev uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə alıb və həmin ilin 12 dekabrında vəfat edib.

Ümummilli Lider Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

12 Dekabr 2025, 19:42 - 9

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar