"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Gülər Coşqunsoyun Prezident İlham Əliyevə həsr etdiyi poemanın təqdimatı keçirilib


Bakı Atatürk Mərkəzində tanınmış yazıçı və mədəniyyət elçisi Gülər Coşqunsoyun “Ulu Röya Yolunda” və “Milli Xilaskar” adlı yeni kitablarının təqdimat və imza günü keçirilib.

"Vetenbagi.az" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspor nümayəndələri, ictimai və media təmsilçiləri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.

Təqdimat mərasimində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, jurnalist Xəyal Abdullayev, Paraolimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Milli Azərbaycan Tarixi Muzeyinin “Vətən Müharibəsi Fondu”nun müdiri, tarixçi alim Şəfa Mövsümov, AYB üzvü, Prezident təqaüdçüsü İradə Əlili, ictimai xadim İndira Şəmsivari, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, müharibə veteranı Ədalət Məhərrəmov, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda Gülər Coşqunsoyun yaradıcılığında milli kimlik, azərbaycançılıq ideyaları və vətənpərvərlik mövzularının ön planda dayandığı qeyd olunub. Bildirilib ki, “Ulu Röya Yolunda” kitabı 2020-ci ilə qədər adı açıqlanmış bütün Milli Qəhrəmanlarımız və şəhid general Polad Həşimovun həyat yoluna həsr olunub. Əsər milli qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsi baxımından dəyərli ədəbi mənbə kimi təqdim edilib.

Tədbirdə, həmçinin, “Milli Xilaskar” əsərinin Prezident İlham Əliyevə ithaf olunan ilk böyük poema olduğu vurğulanıb. Çıxışçılar əsəri dövlət başçısının tarixi liderliyinin, Zəfər strategiyasının və müasir müstəqil Azərbaycanın quruculuq mərhələsinin bədii təcəssümü kimi dəyərləndiriblər.

Gülər Coşqunsoy çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirərək qeyd edib ki, hər iki əsər xalqın Vətən sevgisinə və milli dirçəliş ruhuna həsr olunub.

Tədbir Zəfər ruhunu və milli həmrəyliyi əks etdirən ab-havada, yazıçının sözlərinə bəstələnmiş “Milli Xilaskar” mahnısının ifası ilə başa çatıb.

 

 

 

 

 

 

7 Noyabr 2025, 21:12 - 45

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar