"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

FHN maarifləndirici tədbirlər keçirib


Fövqəladə Hallar Nazirliyi ölkə üzrə əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirib. Bu barədə saytımıza qurumun mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər Bakı, Sumqayıt, Cənub, Gəncə, Qarabağ, Muğan, Aran və Şimal regionlarında məktəb, kollec, universitet və “ASAN xidmət” mərkəzlərində təşkil olunub.
İştirakçılara yanğın, sel və digər fövqəladə hallar zamanı davranış qaydaları, “112” qaynar xəttin istifadəsi və ilkin yanğınsöndürmə vasitələri əyani göstərilib.
Sessiyalarda suallar cavablandırılıb, məqsəd vətəndaşların bilik və hazırlığını artırmaqdır.

20 Oktyabr 2025, 20:27 - 195

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar