Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun elmi məqaləsi beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alimin “Teaching English in Post-Soviet Kazakhstan” (“Post-sovet Qazaxıstanda ingilis dilinin tədrisi”) adlı məqaləsi Almaniyanın nüfuzlu “International Journal of the Sociology of Language” jurnalında çap olunub.
Dünyaca tanınmış De Gruyter Brill nəşriyyatına məxsus olan bu jurnal Scopus və Web of Science kimi aparıcı elmi bazalarda indekslənir və Q1 kvartili üzrə qiymətləndirilir.
Elmi məqalədə post-sovet məkanında, xüsusən Qazaxıstanda həyata keçirilən dil siyasəti və planlaşdırması, həmçinin milli dil ilə ingilis dilinin tədrisində rast gəlinən çətinliklər elmi şəkildə təhlil olunub.
Qeyd edək ki, bu tədqiqat dil siyasətinin praktik tətbiqi, dil tədrisinin çağdaş problemləri və post-sovet məkanında çoxdilli təhsil proseslərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
4 Oktyabr 2025, 21:30 - 80
Paylaş: