"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Cahan”ın 30 ili – Zəhmətdən Zəfərə


Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Daha sonra Zəfər Abidəsi ziyarət olunub.

Yubiley mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi, xarici şirkətlərin nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Naxçıvan Palas”da keçirilən tədbiri teleaparıcı Nərgiz Cəlilova açaraq “Cahan Şirkətlər Qrupu”nun 30 illik inkişaf yolundan bəhs edib.

Şirkətin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov çıxışında bildirib ki, “Cahan” ötən 30 ildə böyüyərək Naxçıvan iqtisadiyyatının mühüm dayaqlarından birinə çevrilib:

> “Bu illər ərzində şirkətimiz həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurub, dövlət proqramlarına uyğun şəkildə fəaliyyətini davam etdirir. Məqsədimiz Naxçıvanda və bütövlükdə ölkəmizdə yeni investisiyaların və innovativ layihələrin həyata keçirilməsidir.”

Fuad Nəcəfli çıxışında “Cahan Şirkətlər Qrupu”nun Naxçıvanın iqtisadi göstəricilərinin yaxşılaşmasında və sahibkarlıq mühitinin şəffaflaşmasında mühüm rol oynadığını vurğulayıb. O, şirkət kollektivini yubiley münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb və bu uğurda “Cahan” kimi şirkətlərin xüsusi rolu var:

> “Cahan Şirkətlər Qrupu” Naxçıvandan dünya bazarlarına çıxan və ölkəmizi qürurla təmsil edən aparıcı holdinqlərdəndir.”

Məmməd Musayev Konfederasiya adından təbriknaməni Vüqar Abbasova təqdim edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Cahan”ın ölkə sahibkarlıq ekosistemində mühüm yer tutduğunu, bir çox sosial layihələrdə iştirak etdiyini qeyd edərək quruma gələcəkdə də dəstəyin davam etdiriləcəyini bildirib.

Tədbirdə “Cahan Şirkətlər Qrupu”nun 30 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Daha sonra bir sıra yerli və xarici qonaqlar – “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, İtaliyanın “İMA” şirkətinin nümayəndəsi Matteo Biançini, Çin Xalq Respublikasının “Lifan Auto” şirkətindən Çan Kai təbrik çıxışları ediblər.

“Caspian Energy Club”un prezidenti Telman Əliyev şirkətin təsisçisinə fəxri mükafat təqdim edib. Fəaliyyətində fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Yubiley tədbiri bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri, xalq artistləri Nəzakət Teymurova, Zülfiyyə Xanbabayeva və estrada ifaçısı Zamiq Hüseynovun çıxışları gecəyə xüsusi rəng qatıb.

Tədbirin sonunda “Cahan Şirkətlər Qrupu”na həsr olunmuş klip nümayiş etdirilib.

 

29 Oktyabr 2025, 18:00 - 132

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar