"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Birlik sədri Fazil Mustafanı təbrik etdi


“Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim Fazil Mustafanı 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Fazil müəllim,

Sizi 60 illik yubileyiniz münasibətilə "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan ictimai-siyasi həyatında tutduğunuz mövqe, vətənpərvər fəaliyyətiniz və dövlətçilik prinsiplərinə sədaqətinizlə daim nümunə olmusunuz. Milli dəyərlərimizin qorunması, cəmiyyətin maariflənməsi və vətəndaş cəmiyyəti quruculuğuna verdiyiniz töhfələr yüksək qiymətə layiqdir.

Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, ailə səadəti və dövlətimiz naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə də xalqımızın inkişafı, milli maraqların müdafiəsi və ədalətli düşüncənin təbliği istiqamətində səmərəli fəaliyyətinizi davam etdirəcəksiniz.”

Emin Tarverdiyev sonda Fazil Mustafaya uzun ömür və yeni nailiyyətlər arzulayıb.

16 Oktyabr 2025, 12:25 - 259

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar