"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Bir fincan Zəfər


Zəfərin 5 illiyinə həsr olunmuş “Bir fincan Zəfər” adlı tədbir Dilbər Coşqunsoyun aparıcılığı, Aristokrat Biznes Clubun təşkilatçılığı və AS Technologiesin dəstəyi ilə baş tutub.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Aristokrat Biznes Clubun təsisçilərindən Elməddin Məmmədov qonaqları salamlayaraq, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və birlik simvolu olduğunu vurğulayıb. O, qazilərin və şəhid ailələrinin hər bir vətəndaşın qəlbində xüsusi yeri olduğunu qeyd edərək, bu kimi tədbirlərin gənclərin və işgüzar ictimaiyyətin milli dəyərlərə bağlılığını gücləndirdiyini bildirib.
Daha sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxış edərək, son beş ildə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən sosial layihələrdən danışıb. O, tədbirdə iştirak edən qazilərin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqlardan söz açıb.
Vətən müharibəsi qaziləri Əfqan Zamanov və Xəqani Muradov göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən jurnalistlər Elnarə Dərziyeva, Şamil Sabiroğlu, yazar Gülər Coşqunsoy, tanınmış ictimai xadim İndira Şəmsivari, idmançı Azad Məmmədov və digər qonaqlar Zəfərin 5 illiyini Azərbaycan xalqının milli qürur və birliyinin təntənəsi kimi dəyərləndiriblər. Onlar bu Qələbənin əldə olunmasında payı olan hər bir şəhidin və qazinin qarşısında dərin ehtiramla baş əydiklərini vurğulayıblar. Vətən müharibəsi iştirakçısı, tarzən Tural Süleymanovun ifasında səslənən “Xudayar təsnifi” tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Tədbirin sonunda qazilərə qiymətli hədiyyələr təqdim olunub.

6 Noyabr 2025, 17:31 - 28

Paylaş: