Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Beş il bir ümidin qələbəsi” adlı tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev, “Savaş və Duman” romanının müəllifi, hərbi jurnalist Səxavət Məmməd, eləcə də tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Zəfər Gününə həsr olunmuş mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirən tarixi qələbənin beşinci ildönümü münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində Akademiyanın tələbələri müxtəlif rəqs nömrələri ilə çıxış edib, vətənpərvərlik ruhunda şeirlər səsləndirib və Zəfər tariximizlə bağlı səhnəciklər təqdim ediblər.
Tədbir iştirakçıları bu cür tədbirlərin gənclərdə vətənə sevgi və milli qürur hissinin daha da güclənməsinə xidmət etdiyini bildiriblər.











6 Noyabr 2025, 19:06 - 84
Paylaş: