Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanda saxta orden və medallar, həmçinin müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər ifşa olunub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz fəaliyyətlə məşğul olan “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Həmin təşkilatların ofislərində aparılan axtarışlar zamanı dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 Oktyabr 2025, 18:55 - 105
Paylaş: