Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli dəyirmi masa təşkil olunub.
Tədbirdə Azərbaycanı Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistanı isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ilk görüşü olan dəyirmi masa 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun şəkildə sülh gündəliyinin təşviqinə yönəlib.
Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə də görüş keçiriblər.
22 Oktyabr 2025, 19:54 - 194
Paylaş: