"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Aynurə Hüseynova: Peşə fest – Gənclərin gələcəyinə açılan yol


2025-ci il oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi Qəbələ şəhərində növbəti “Peşə Fest” tədbirini təşkil etdi.
“Peşə Fest”, gənclərin peşə seçimi, bacarıqlarının inkişafı və əmək bazarına hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edən bir tədbir kimi yadda qaldı.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə gənc, təhsil müəssisələrinin nümayəndələri, işəgötürənlər və ictimaiyyətin digər üzvləri iştirak etdilər. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festivalın əsas məqsədi gənclərə və şagirdlərə peşə seçimi prosesində dəstək olmaq, onların karyera istiqamətində doğru və məqsədyönlü addımlar atmalarını təşviq etməkdir.
Festival çərçivəsində müxtəlif sahələr üzrə peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edərək, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər. Onlar festival iştirakçıları ilə peşə seçimi mövzusunda öz tövsiyələrini bölüşüblər.
Tədbir zamanı 14 müxtəlif peşə üzrə maarifləndirici sessiyalar təşkil olunub. Bu peşələrə aşağıdakılar daxildir:

kibertəhlükəsizlik, data analitikası, helpdesk mütəxəssisi, 3D animator, zinət əşyaları dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadçı, xilasedici, barista, diş texniki və baytar.
Festival iştirakçıları bu peşələr üzrə inkişaf yolları, tələb olunan bacarıqlar və ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, həmçinin sahə üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı qazanıblar.

Aynurə Hüseynova, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin I kurs tələbəsi

 

Paylaş: