"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Ağdərənin Həsənriz kəndinə növbəti köç oldu


Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti qayıdış oldu.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə döndü. Sakinlərə  kənddə yaradılmış şərait barədə məlumat verilib və  bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

 

 

29 Oktyabr 2025, 17:41 - 52

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar