"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Selcan Ədalətin ikiqat sevinci: yeni yaş və yeni kitab


Selcan Məmmədzadə ali təhsilini başa vurub, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından uğurla keçib Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Sahib Qarayev adına Muradxanlı kənd ibtidai məktəbinə təyinat aldı. Təyinat yerinə gedərkən işləyəcəyi məktəbin rayon mərkəzindən 14 km aralıda olması onu qorxuzmadı. Özünün dediyinə görə eşitdiyi və müşahidə etdiyi “Bu şəhərli qız kənddə necə işləyəcək?”, “ Yəqin çətinliklərə rəğmən tez də peşiman olar” və “Bilməyib gəlib, ilin sonuna kimi gedər” kimi sözlər, onun beynində peşəsinə olan sonsuz məhəbbətə təsir etmədi. Yaxşı bir sinif otağı formalaşdırdı. Təşkil etdiyi nümunəvi dərslərə valideynləri, təcrübəli müəllimləri dəvət etdi. Az zaman kəsiyində yaxşı bir müəllim kimi tanındı, sevildi. “ Örnək müəllim” naminasiyasının qalibi oldu. Məktəb həyatında və təhsil cəmiyyətinin ictimai işlərində fəal mövqeyi mətbuatda təqdir olundu, haqqında TV kanalları verlişlər çəkdi, təhsilimizin aktual problemləri, yeniliklər və uğurlarımız barədə müsahibələri maraq doğurdu.

   ... Ötən ilin Bahar günlərində şagirdləri, onların validenləri ilə birgə hazırladığı Novruz ənənələrinini əks etdirən bayram şənlyinin mətbuatda işıqlandırılması barədə mənə müraciət etdi. Həmin gözəl tədbiri mətbuata işıqlandırdıq. 

    Qiyabi tanışlıqdan sonra bir dəfə rastlaşdıq. Ötəri söhbətdən onun kreativ düşüncə və yaradıcılıq qabiliyyətinin mükəmməliyi barədə məndə ciddi bir fikir yarandı. Dedi, bir roman yazmışam. Təklif etdim ki, gətir oxuyaq. İş yerimə gətirdi. Oxudum və məmnun oldum. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğluna məlumat verdim. Onun yarıkönül: “Çağır gəlsin görüşək, əsəri ver mən də oxuyum” sözlərinin ciddi olmadığından bir qədər narazı qaldım. Günahı da yox idi, iş masasının üstündə olan yaradıcılıq nümunələrinin mətbuata yaramadığı barədə mənə danışmışdı.

   ... Biz üçlükdə görüşdük. Selcan xanımın ədəbi proseslərə yön alan fikirləri, müasir Azərbaycan ədəbiyyatının inciləri, problemlərimiz barədə söhbətləri Sərvaz müəllimin qaranlıq düşüncələrini alt-üst etdiyini duydum. O gənc yazara tövsiyələrini verdi, onun “Ümidsiz bir ədəbiyyat”əsərini oxuyub, razı qaldığını bildirdi. Selcan xanımın gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır. 

  Söhbətin şirin yerində Xalq şairi Nərman Həsənzadənin səhhəti barədə danışdıq. Gənc ədib Nərman müəllimin yaradıcılığından nümunələr söyləyib, ona olan sonsuz məhəbbətini bizə bildirdi. Sərvaz müəllimdən xahiş etdi ki, onu Xalq şairi Nərman Həsənzadə ilə görüşdürsün. Sərvaz müəllim Nərman Həsənzadənin köməkçisinə zəng edib, əhvalatı olduğu kimi ona danışdı. Xalq şairi xəstəxanadan çıxandan sonra Selcan xanımla görüşü baş tutdu və Nərman müəllim “Ümidsiz bir ədəbiyyat”a kiçik və böyük məna tutumu olan rəy də yazdı.

     Artıq Selcan Məmmədzadınin ədəbi təxəllüsü də təsdiq olunub: SELCAN ƏDALƏT! “ Ümidsiz bir ədəbiyyat” əsəri də 500 nüsxə ilə işıq üzü görüb. AYB-nin Aran bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlunun ön sözü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist, Prezident mükafatçısı Səxavət Tağların redaktorluğu ilə işıq üzü görən mükəmməl əsərin təqdimatını yazıçı-pedaqoq Selcan Ədalətin doğum günü 21 mart tarixdı keçirməli idik. Selcan xanımın anasının səhhətində yaranmış problemlə bağlı təqdimat iş günləri olan müddətə saxlanıldı. Allah anaya şəfa versin!

  Çox dəyərli və əziz qələm dostumuz Selcan Ədalət xanım! Yeni yaşın çox mübarək! Səni ədəbiyyatımızda böyük uğur qazanacaq “Ümidsiz bir ədəbiyyat” əsərinizin işıq üzü görməsi, müqəddəs Ramazan bayramı və Novruz günləri münasibətilə ürəkdən təbrik edirik! Sənə bir öyrədən kimi də, bir yazıçı kimi də çox ümidliyik! Yazın, yaradın. Qoy müəllim kimi şagirdlərin, yazıçı kimi oxucuların səni sevsin! 

 

Səxavət TAĞLAR,

Əməkdar müəllim, Prezident mükafatçısı

 

21 Mart 2026, 20:47 - 218

Paylaş: