"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Unudulmaz lider


Azərbaycan xalqının yaddaşında xüsusi yeri və dəyəri olan tarixi günlər vardır.  Onlardan biri də Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür. Hər il May ayının 10-da Azərbaycan xalqı öz xilaskarını, dövlətçiliyimizin memarını, müasir Azərbaycanın qurucusunu böyük ehtiramla xatırlayır və yüzillər sonra belə böyük qürur hissi ilə xatırlayacaqdır.Bu il Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Onun adını yaşatmaq, irsini qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur.Bu sevgi daimi və əbədi olacaq, zamanın sınağına tab gətirib əbədiyyən yaşayacaqdır.

Bu gün təkcə bir dahi şəxsiyyətin  deyil, eyni zamanda onun yaratdığı dövlətçilik məktəbinin,əsasını qoyduğu ideyaların, həyata keçirdiyi strateji xəttin əzəmətinin və əhəmiyyətinin dərk edilməsidir.Hər bir Azərbaycanlı üçün Heydər Əliyev qürur mənbəyidir.Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini hər zaman daim uca tutur.Ulu öndərə olan sevgi tükənmir, əksinə, illər keçdikcə daha da güclənir.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən bir haldır. Bu şəxsiyyətlər arasında müasir Azərbaycan dövlətinin memarı və qurucusu,Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onların gördüyü işlər, yaratdığı irs bir əsrin çərçivəsini aşaraq neçə-neçə nəsillərin yoluna işıq tutur. Azərbaycanın yoluna ișıq saçan bu böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi.O, xalqını qorumağı, dövlətini yüksəltməyi həyatının mənasına çevirən bir lider idi.Azərbaycanın ən çətin dönəmlərində onun adı xalqımıza daim güc və ümid vermișdir.Öz ömrünü həyatını xalqına fəda edən Heydər Əliyev Azərbaycanın çiçəklənməsi və inkişafı uğrunda gecə gündüz çalışmıș ölkəmizi dünyada tanıtmışdır.Heydər Əliyevin həyat yolu bizlər üçün bir örnəkdir

Heydər Əliyev müasir Azərbaycanın bütün sahələri üzrə dirçəlişinin əsasını qoymușdur.O, dövlətçiliyin ideoloji və hüquqi əsaslarını formalaşdırmıș xalqımızı parçalanmaqdan xilas etmiș və ölkəni dünya birliyinə layiqli şəkildə inteqrasiya etdirmișdir.Bu siyasət Azərbaycanın gələcəyini müəyyən edən bir yol xəritəsi oldu və bu xəritə bu gün də öz aktuallığını qoruyur.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin əbədiliyi, xalqın rifahı Heydər Əliyevin strategiyasının əsasını təşkil edirdi.Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycanı inkişaf etmiş, güclü və nüfuzlu bir dövlətə çevirməyi qarşısına məqsəd qoymuş və bunu bacarmıșdı.Çünki Heydər Əliyev uzaq görən bir siyasətçi və dövlət rəhbəri idi.Onun rəhbərliyi dövründə görülən işlər bu gün də xalqımızın yaddaşında yaşayır.

 

İllər keçdikcə Ulu Öndərin xidmətlərinin miqyasının nə qədər böyük və əhəmiyyətli olduğunu daha aydın șəkildə görür və dərk edirik.1993-cü ildən başlanan bu böyük yol Azərbaycana hər bir sahədə davamlı uğurlar qazandırmıș və ən yüksək zirvələri fəth etməsini təmin etmișdir.

2020-ci ildə böyük tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tam șəkildə bərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yol açan dahi əbədiyașar şəxsiyyətin xilaskarlıq missiyası oldu.Ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən xilas edən Dahi Lider Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. 2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi bugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu,cənab Prezidentimiz Ali Baș komandan İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam șəkildə bərpa etdi.

İlham Əliyevin rəhbərliyində Azərbaycan dövləti möhtəşəm tarixi nailiyyətə imza atdı. Uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi,ədalət bərpa olundu.Bu qələbə Azərbaycan tarixinə Ali Baș Komandan İlham Əliyev tərəfindən şərəfli bir səhifə kimi qızıl hərflərlə yazıldı.

Azərbaycan xalqı bu qələbəni həm Heydər Əliyevin yaratdığı güclü dövlətin, həm də İlham Əliyevin sarsılmaz liderliyinin nəticəsi kimi dəyərləndirir.Xalq-dövlət birliyi, ordumuzun rəşadəti, Prezidentimizin qətiyyəti ilə torpaqlarımızın azad olunması tarixi ədalətin bərpası idi.

Ulu Öndərimizin siyasi xətti bu gün də ölkə başçımız Cənab İlham Əliyev tərəfindən böyük ustalıqla davam etdirilir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi böyük siyasət bir daha sübut etdi ki, Heydər Əliyev məktəbi Azərbaycanı gələcəyə aparan ən doğru,ən güclü ən inamlı yoldur.

Hal hazırda ișğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri aparılır, şəhərlər və kəndlər salınır düșmən tərəfindən dağıdılmıș yerlər yenidən yüksək səviyyədə və müasir tələblərə uyğun formada bərpa edilir.Azad edilən torpaqlarımız həyatla dolur, doğma elinə qayıdan insanlar gündən-günə artır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının dünyanın bir çox ölkələrində yaşayan Azərbaycanlıların qəlbində yaşayan bir idealdır.O təkcə tarixə düşmüş lider deyil, həm də bugünkü Azərbaycanın mənəvi dayağıdır.Xalqımız onun işıqlı xatirəsini əbədi olaraq yaşadacaqdır.Onun irsi həm milli kimliyimizin, həm də dövlətimizin ən möhkəm sütunudur və bu irs uzun illər boyu Azərbaycanı daha böyük zirvələrə və daha böyük uğurlara aparacaqdır.

 

Qasımov Əli

14 Aprel 2026, 21:12 - 278

Paylaş: