Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkənin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.
Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir.
Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazıdır.
Ülviyyə Bayramlı, YAP Yevlax rayon təşkilatının fəalı
2 Fevral 2026, 13:38 - 116
Paylaş: