Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bu gün Vətən uğrunda canından keçən igid şəhidimiz Cabbar Zeynalovun doğum günüdür. Onun əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik.
Cabbar Zeynalov 23 mart 1999-cu il tarixdə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. Uşaqlıq illərindən vətənə bağlı, mərd və zəhmətkeş bir gənc kimi böyüyüb. İlk orta təhsilini doğulduğu kənddə aldıqdan sonra tam orta təhsilini Saatlı rayonunun Dədə Qorqud kəndində davam etdirib. Məktəb illərində nizam-intizamı, səmimiyyəti və vətənpərvərliyi ilə seçilib, müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.
05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə yollanan Cabbar Zeynalov Vətən qarşısında borcunu şərəflə yerinə yetirməyə and içmişdi. Qısa, lakin şərəfli ömür yolu keçən qəhrəmanımız 23 oktyabr 2017-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Onun göstərdiyi şücaət hər bir gənc üçün nümunədir.
Şəhidimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur. Saatlı Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, doğulduğu kənddəki küçələrdən birinə Cabbar Zeynalovun adı verilib. Bu, onun qəhrəmanlığının və Vətənə olan sonsuz sevgisinin əbədiləşdirilməsinin bariz nümunəsidir.
Cabbar Zeynalovun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onun keçdiyi şərəfli yol, göstərdiyi igidlik gələcək nəsillər üçün örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
23 Mart 2026, 13:46 - 103
Paylaş: