"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Salyanlı gənc güləşçi ölkə ikincisi oldu


Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Salyan rayonu uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Əliyev Toğrul növbəti uğura imza atıb.

Gənc idmançı Gəncə şəhərində keçirilən Yunan-Roma və sərbəst güləş üzrə U17 ölkə birinciliyində 48 kiloqram çəki dərəcəsində mübarizə apararaq II yerə layiq görülüb.

Əldə olunan bu nəticə həm məktəbin, həm də Salyan rayonunun idman nailiyyətlərinə mühüm töhfə kimi dəyərləndirilir. Gənc güləşçinin uğuru bölgədə idmanın inkişafı istiqamətində görülən işlərin bariz nümunəsidir.

13 Fevral 2026, 22:54 - 39

Paylaş: