"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

QHT-lərin “bir pəncərə” sistemi ilə maliyyələşmə Qaydası təsdiqləndi – Yeni qrant məbləğləri


Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) dövlət dəstəyi ilə maliyyələşdirilməsində fundamental dəyişikliklərə və fəaliyyətin sistemləşdirilməsinə səbəb olacaq köklü islahat qüvvəyə minib. Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanından irəli gələrək Nazirlər Kabineti ötən dövr ərzində aparılan ciddi kollegial müzakirələr və dövlət qurumlarının rəyləri əsasında hazırlanmış QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı bu il iyunun 22-də 188 nömrəli qərarla təsdiq edib. Yeni mexanizmə əsasən, 9 nazirlik və 6 digər mərkəzi dövlət strukturu daxil olmaqla ümumilikdə 15 dövlət qurumu tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar, dövlət sifarişləri və subsidiyalar da daxil olmaqla bütün növ maliyyələşdirilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiyada həyata keçiriləcək. Bu islahat sahəvi mövzuların milli prioritetlərə uyğun şəkildə düzgün bölüşdürülməsinə və vahid databaza vasitəsilə QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü və ölçüləbilən olmasına xidmət edəcək.

Uğurla işə düşən yeni qaydalar çərçivəsində QHT-lər üçün qrant məbləğləri əhəmiyyətli dərəcədə artırılaraq konkret hədlər müəyyənləşdirilib; belə ki, "Kiçik qrant" üzrə yuxarı hədd 30 000 manat, "Səfər qrantı" üzrə yuxarı hədd 15 000 manat, "Böyük qrant" üzrə isə aşağı hədd 30 000 manat təyin olunub və onun maksimal məbləği hər bir müsabiqə üzrə donor qurumlarla birlikdə elan ediləcək. Maliyyə artımı ilə yanaşı, layihələrin ekspertiza meyarları da ciddi şəkildə gücləndirilib; bundan sonra ekspert qrupları təqdim olunan layihələrin icrası zamanı tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq səviyyəsini, həmçinin layihənin müvafiq sahədə dövlət siyasətinə, normativ hüquqi aktların tələblərinə və dövlətin strateji proqramları ilə yol xəritələrinin hədəflərinə verəcəyi töhfəni də ayrıca, xüsusi meyarlarla dəyərləndirəcək.

23 İyun 2026, 21:50 - 70

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar